Azərbaycan.media xəbər verir ki, Hindistanın şərqində sərnişin qatarının fil sürüsünə çırpılması nəticəsində səkkiz heyvan ölüb.
Hadisə gecə saatlarında Assam ştatında baş verib. Sairanq–Yeni Dehli marşrutu üzrə hərəkət edən “Rajdhani Express” qatarı vəhşi fil sürüsü ilə toqquşub. Yerli meşə təsərrüfatı orqanlarının bildirdiyinə görə, qəza nəticəsində səkkiz fil həlak olub.
Qəza zamanı qatarın beş vaqonu və lokomotivi relsdən çıxıb. Şimal-Şərq Sərhəd Dəmir Yolunun rəhbərliyi sərnişinlər arasında xəsarət alan olmadığını açıqlayıb.
Hadisə səbəbindən zərər çəkmiş dəmir yolu sahəsindən keçməli olan qatarlar alternativ marşrutlara yönləndirilib. Hazırda ərazidə bərpa işləri davam etdirilir.
