Azərbaycan.media xəbər verir ki, ABŞ-ın müharibə naziri Pit Heqset piyada əleyhinə minaların istifadəsinə icazə verilməsinin zəruriliyini bəyan edib və silahların tətbiqi ilə bağlı yeni qaydaların 90 gün ərzində hazırlanmasını təklif edib.
“The Washington Post” Pentaqon sənədinə istinadən xəbər verir ki, sənəddə qadağanın ləğvinin ABŞ qoşunlarının gücünü “ölkənin təhlükəsizlik sahəsində tarix boyu ən təhlükəli vəziyyətlərindən birində” bir neçə dəfə artıracağı vurğulanıb.
Gələcək dəyişikliklər çərçivəsində piyada əleyhinə minaların istifadəsinə dair ərazi məhdudiyyətlərinin aradan qaldırılması da hədəflər arasında yer alır. Sənədə əsasən, ABŞ Prezidenti Donald Tramp piyada əleyhinə minaların zərərsizləşdirilməsi üzrə humanitar proqramı ləğv edib.
