Azərbaycan.media xəbər verir ki, dövlət proqramına uyğun olaraq həyata keçirilən yeni avtomobil yolunda tunellər və yeraltı piyada keçidləri tikilir. Yol inşaatında işlərin hazırda təxminən 35 faizi yekunlaşıb.
Bütün inşaat meydançalarında mobilizasiya və demobilizasiya işləri artıq tamamlanıb. Hazırda layihə çərçivəsində “Ulduz” metrostansiyasından Akademik Həsən Əliyev küçəsi istiqamətində tikinti-quraşdırma işləri sürətlə aparılır. Yolun gələn ilin sonunda istifadəyə verilməsi planlaşdırılır.
Oxundu: 6
