🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Putin: “Zelenski istedadlı artistdir”

Azərbaycan.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin ənənəvi illik mətbuat konfransında Ukrayna Prezidenti Volodimir Zelenskinin Kupyansk şəhərindən ünvanladığı videomüraciəti şərh edib.

Putin bildirib ki, Zelenski istedadlı artistdir və bunu ironiyasız söyləyir: “Biz bunu onun əvvəlki filmlərindən də bilirik”.

Rusiya lideri Zelenskinin videomüraciət etdiyi yerin şəhərdən təxminən 1 kilometr məsafədə olduğunu vurğulayaraq, bu addımı tənqid edib: “Kandarda dayanmaq nəyə lazımdır? Gəlmisənsə, evin içinə daxil ol!”

Qeyd edək ki, ötən ay Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Prezident Vladimir Putinə Kupyansk şəhərinin tamamilə Rusiya ordusunun nəzarətində olduğunu məruzə edib.

Dekabrın 12-də Volodimir Zelenski Xarkov vilayətinin Kupyansk şəhərindən videomüraciət yayımlayaraq, “Ruslar Kupyansk barədə çox danışırdılar, amma reallıq ortadadır” deyə bildirib. Rusiya müdafiə naziri Andrey Belousov isə dekabrın 17-də etdiyi məruzədə şəhərin yenidən Rusiya Silahlı Qüvvələrinin nəzarətinə keçdiyini açıqlayıb.