Azərbaycan.media xəbər verir ki, venadaxili iynə vurulması ciddi tibbi prosedur hesab olunur və bu xidmət yalnız yüksək ixtisaslı tibb işçiləri tərəfindən həyata keçirilməlidir.
TƏBİB-in sədri Vüqar Bayramov bildirib ki, bu məqsədlə tibb müəssisələrinin birinci mərtəbələrində təcili tibbi yardım otaqları fəaliyyət göstərir. Onun sözlərinə görə, əsas məqsəd iynələrin həkim nəzarəti altında və təhlükəsiz şəraitdə vurulmasını təmin etməkdir.
Vüqar Bayramov qeyd edib ki, evlərə gedən tibb bacıları hər zaman tam tibbi avadanlıqla təchiz olunmur və bu, risk yarada bilər:
“Əgər xəstə gözlənilmədən şok vəziyyətinə düşərsə, ev şəraitində buna müdaxilə etmək mümkün olmaya bilər. Xəstənin həyatı bizim üçün hər şeydən önəmlidir”, – deyə TƏBİB sədri vurğulayıb.
