🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycanın Aİ-95 benzini Ermənistana çatdırılıb

Azərbaycan.media xəbər verir ki, 1300 ton Azərbaycan istehsalı olan Aİ-95 markalı yüksək oktanlı benzin daşıyan yük qatarı Gürcüstan–Ermənistan sərhədini Ayrum stansiyası vasitəsilə keçib.

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanın sosial şəbəkələrdə verdiyi məlumata görə, benzinlə yüklənmiş 22 vaqon artıq Ermənistan ərazisinə daxil olub.

Xatırladaq ki, daha əvvəl Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Mqer Qriqoryan və Şahin Mustafayevin noyabrın 28-də Qəbələdə keçirilən görüşündə əldə olunan razılaşmalara əsasən, SOCAR neft məhsullarının ilk partiyasını daşıyan yük qatarını Azərbaycandan Ermənistana göndərib.

Məlumata görə, yanacaq Bakıdan dəmir yolu ilə Gəncəyə, daha sonra Böyük Kəsik vasitəsilə Gürcüstan sərhədinə, oradan isə Qardabani–Tbilisi marşrutu ilə Sadaxlı–Ayrum keçid məntəqəsindən Ermənistana çatdırılıb.