🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Abşeronda gənc oğlan bədbəxt hadisə nəticəsində ölüb

Azərbaycan.media xəbər verir ki, Abşeron rayonunda bədbəxt hadisə nəticəsində bir nəfər ölüb.

Hadisə rayonun Məmmədli kəndində qeydə alınıb. Kənd sakini, 2003-cü il təvəllüdlü Ramil Saatovun işlədiyi sexdə üzərinə dəmir çərçivə aşıb.

Nəticədə gənc oğlan hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.