Azərbaycan.media xəbər verir ki, Abşeron rayonunun Hökməli və Qobu qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmirinin həyata keçirilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,4 milyon manat vəsait ayrılıb.
Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.
Sərəncama əsasən, Maliyyə Nazirliyinə ayrılan məbləğdə maliyyələşmənin təmin edilməsi, İqtisadiyyat Nazirliyinə isə avtomobil yollarının əsaslı təmirinin davam etdirilməsi üçün tələb olunan maliyyə vəsaitinin Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutulması tapşırılıb.
Eyni zamanda, Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələlərin həll edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi tapşırılıb.
