Azərbaycan.media xəbər verir ki, Xalq yazıçısı Elçinin Fəxri xiyabandakı qəbirüstü abidəsini Xalq rəssamı Natiq Əliyev hazırlayır.
Xalq rəssamı bu barədə “Report”a müsahibəsində məlumat verib. Onun sözlərinə görə, qəbirüstü abidə üçün bir neçə variant təqdim olunub.
“Ailəsi variantlardan birini bəyənib. Hazırda həmin eskiz üzərində işləməyi planlaşdırırıq. Dəqiq vaxt demək çətindir, amma iş gedir”, – deyə Natiq Əliyev bildirib.
Qeyd edək ki, müsahibənin tam mətni ilə aidiyyəti mənbədə tanış olmaq mümkündür.
