Azərbaycan.media xəbər verir ki, ABŞ və Çin kosmosdakı münasibətləri pisləşməkdədir. İki ölkənin peykləri arasında orbital toqquşmalar və manevrlər o qədər müntəzəm hala gəlib ki, sənayedə bunlar “manevr döyüşləri” kimi tanınır.
“The Washington Post”a istinadən xəbər verilir ki, hərbi analitiklər bu halların əsasən kosmik kəşfiyyatla bağlı olduğunu bildirirlər. Peyklər bir-birini müşahidə etmək, düşmən peyklərinin şəkilini çəkmək və avadanlıqlarını qiymətləndirmək məqsədilə yaxınlaşırlar.
Ən gərgin qarşılaşmalardan biri 2022-ci ilin fevralında baş verib. Həmin vaxt iki Çin eksperimental peyki geostasionar orbitdə hərəkət edərkən, Pentaqon tərəfindən idarə olunan Amerika kosmik gəmisi onlara arxadan yaxınlaşıb. Çin peykləri buna cavab olaraq trayektoriyalarını dəyişdirib; biri əvvəlki trayektoriyasını saxlayıb, digəri isə yavaşlayaraq Amerika peykinin arxasına keçib. Nəticədə rollar dəyişib və Amerika tərəfi hərəkətlərini tənzimləməli olub.
Mütəxəssislər qeyd edirlər ki, ənənəvi olaraq kosmik gəmilər qarşıdurma və müdafiə üçün nəzərdə tutulmayıb, lakin indi kosmosda rəqabət və
