Azərbaycan.media xəbər verir ki, bu ilin yanvar–noyabr aylarında Naxçıvan Muxtar Respublikasından ixrac olunan məhsulların dəyəri 12,8 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,6% çoxdur.
Hesabata görə, 11 ay ərzində bölgədən tütün məhsulları, vafli və vafli məmulatları, sement, daş və daş məmulatları, elektrik enerjisi, mineral su, günəbaxan tumu, şokolad və digər kakao məhsulları, aromatlaşdırılmış içkilər, şəkər və şəkərdən hazırlanmış qənnadı məmulatları, energetik içkilər, üzüm, spirtli içkilər, meyvə şirələri, ərik qurusu və buğda kəpəyi Gürcüstan, Rusiya, İran, Yəmən, Türkiyə, Tacikistan, ABŞ, İraq, BƏƏ, Suriya, Çin, Qırğızıstan, Fələstin və Ukraynaya ixrac edilib.
Bölgə sahibkarları hesabat dövründə 7-si ölkədaxili, 8-i isə xaricdə olmaqla, ümumilikdə 15 tədbir və sərgidə iştirak ediblər. Onlar kənd təsərrüfatı, qida sənayesi, tikinti materialları və digər sahələrdə istehsal etdikləri məhsulları “InterFood Azerbaijan”, “Rebuild Karabakh 2025”, “ISM Middle East 2025”, “Anuga 2025”, “Food Expo Qazaqstan 2025” və digər nüfuzlu sərgilərdə nümayiş etdiriblər.
