Azərbaycan.media xəbər verir ki, bu ilin yanvar-noyabr aylarında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 1,21 milyard ABŞ dolları təşkil edib.
Gürcüstanın Milli Statistika İdarəsinin hesabatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə ticarət dövriyyəsi 2,54% artıb.
Hesabata əsasən, Azərbaycan Gürcüstanın ümumi ticarətində 5,2% payla qonşu ölkənin əsas tərəfdaşları arasında Türkiyə, ABŞ, Rusiya, Çin, Qırğızıstan və Almaniyadan sonra VII yerdə qərarlaşıb.
Gürcüstandan Azərbaycana ixrac 638 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 4% azalma deməkdir. Azərbaycan Gürcüstanın ixracında 9,6% payla Qırğızıstan, Qazaxıstan və Rusiyadan sonra IV əsas ixrac tərəfdaşı olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstandan Azərbaycana idxal 11% artaraq 573,3 milyon ABŞ dollarına çatıb. Azərbaycan 3,5% payla ABŞ, Türkiyə, Çin, Rusiya və Almaniyadan sonra qonşu ölkənin VI əsas idxal tərəfdaşı sayılıb.
Hesabat dövründə Gürcüstan xarici ticarət əməliyyatlarının ümumi həcmi 23,2 milyard ABŞ dolları olub ki, bunun 6,61 milyardı ixrac, 16,6 milyardı isə idxal payına düşüb.
