🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

ADY dekabrın son günləri üçün Bakı–Ağstafa–Bakı istiqamətində əlavə qatar reysləri təyin edib

Azərbaycan.media xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını ödəmək məqsədilə 26, 27, 28 və 29 dekabr tarixlərində Bakı–Ağstafa–Bakı istiqamətində əlavə qatar reysləri həyata keçirəcək. 525.az xəbər verir ki, bu barədə məlumat səhmdar cəmiyyət tərəfindən açıqlanıb.

Qatar Bakıdan Ağstafaya saat 08:30-da, Ağstafadan Bakıya isə saat 17:12-də yola düşəcək.

Həmçinin, sərnişinlər gündəlik Bakı–Qazax–Bakı marşrutu üzrə də səfər edə bilərlər. Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.