Azərbaycan.media xəbər verir ki, Sumqayıt şəhərində yerləşən “Siyans” hotelində yanğın qeydə alınıb. “Report”un yerli bürosunun məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvələri və müvafiq texnikaları cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ tədbirlər görülür. Hadisə ilə bağlı əlavə məlumatın veriləcəyi gözlənilir.
