Azərbaycan.media xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Brüsseldə keçirilən Avropa İttifaqı sammitinin yekunlarına dair açıqlamasında Vladimir Putinlə dialoqun yenidən faydalı olacağını bildirib.
Makron qeyd edib: “Mən hesab edirəm ki, Vladimir Putinlə söhbət yenidən faydalı olacaq. Düşünürəm ki, bizə — avropalılara və ukraynalılara — bu müzakirələrin düzgün şəkildə bərpası üçün bir format tapmaq lazımdır. Əks halda, biz öz aramızda və Rusiya tərəfi ilə ayrı-ayrı danışıqlar aparacaq vasitəçilərlə müzakirə edəcəyik ki, bu da optimal deyil”.
Eyni zamanda, sammit iştirakçıları Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə “təzminat krediti” adı altında verilməsi məsələsində razılığa gələ bilməyiblər. Bunun əvəzinə, Avropa Komissiyasının sədri Ursula von der Leyen yekun mətbuat konfransında bildirib ki, Ukraynaya növbəti iki il ərzində 90 milyard avro ayrılması qərara alınıb.
