🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ermənistana Azərbaycandan ilk neft məhsulları göndərilir

Azərbaycan.media xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında Azərbaycandan Ermənistana ilk neft məhsullarının artıq yola düşdüyünü bildirib.

“Bildiyim qədərilə, Azərbaycanda istehsal olunan neft məhsullarının ilk partiyası artıq Ermənistana doğru gəlir. Bu hadisəni alqışlayıram”, – Paşinyan qeyd edib.

Baş nazir əlavə edib ki, ticarət əməliyyatları özəl şirkətlər arasında həyata keçirilir, lakin bu imkan Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülh sayəsində yaranıb.

Xatırladaq ki, bu gün SOCAR ilk dəfə olaraq yerli mənşəli neft yükünü Ermənistana tədarük edir. 22 vaqona yüklənmiş 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı Azərbaycan Dəmir Yollarının (ADY) yük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb. Yük, Gürcüstan vasitəsilə Ermənistana çatdırılacaq.