🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Lukaşenko: Mən vəzifədən gedən prezidentəm

Azərbaycan.media xəbər verir ki, Belarus lideri Aleksandr Lukaşenko özünü problemlərini gələcək nəsillərə ötürmək istəməyən “vəzifədən gedən prezident” kimi təsvir edib.

Lukaşenko bu fikirləri “Newsmax TV”yə verdiyi müsahibədə səsləndirib.

“Mən vəzifədən gedən prezidentəm, bunu tez-tez deyirəm və vəzifəm dövründə yaranan problemlərin gələcək nəsillərə ötürülməsini istəmirəm”, – deyə Belarus prezidenti bildirib.

O, Minsk və Vaşinqton arasında münasibətlərin yaxşılaşdırılmasında maraqlı olduğunu vurğulayıb və ABŞ Prezidenti Donald Trampı 2020-ci ildə ABŞ və digər Qərb ölkələrinin Belarusda hökumət əleyhinə etirazları dəstəkləməsi fonunda yaranmış fikir ayrılıqlarını aradan qaldırmağa çağırıb.

Aleksandr Lukaşenko əlavə edib ki, hər nəsil öz problemlərini özü həll etməlidir:

“Bizim nəslin – Trampın, Lukaşenkonun – problemləri var və biz onları həll etməliyik”.