🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Mənsum İbrahimov Konservatoriyada müəllimlərin işdən çıxarılmasının səbəbini açıqladı

Azərbaycan.media xəbər verir ki, Xalq artisti Mənsum İbrahimov Azərbaycan Milli Konservatoriyasında bir sıra müəllimlərin işdən çıxarılması məsələsinə münasibət bildirib.

Xanəndə bu barədə “Tarixin bir günü” proqramında danışıb. O, işdən çıxarılmaların səbəbini mövcud qanunvericiliklə əlaqələndirib:

“Dövlətin qanunlarını biz yazmırıq. Bu il bizdə xeyli insan işdən çıxarıldı. Çünki magistratura təhsilləri yox idi. Təhsil Nazirliyindən gələn göstərişdir, qanundur. Konservatoriyada müəllim işləmək üçün bütün ali təhsil olmalıdır. Fəxri adı olan olur, amma təhsili olmayan yox”.

Qeyd edək ki, Mənsum İbrahimov Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiridir.