Azərbaycan.media xəbər verir ki, ABŞ-nin Vaşinqton ştatında baş verən qəfil daşqın nəticəsində Uayt-River çayı üzərindəki bənd yarılıb. Hadisə səbəbindən Pasifik şəhərinin sakinləri təhlükəsizlik məqsədilə təxliyə edilib.
Rəsmi mənbələrə görə, daşqın zamanı 33 yaşlı kişi həlak olub. Qeyd olunur ki, onun idarə etdiyi avtomobil sel sularına qapılıb.
Yanğınsöndürmə dairəsinin açıqlamasında deyilir: “Avtomobil yoldan çıxaraq dərəyə düşüb. Xilasedicilər maşını taparaq sürücünü çıxarıblar, lakin o artıq ölmüşdü.”
