Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.
Laçın şəhərinə, Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbələrinə, həmçinin Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanları yola salınıb.
Köç edən ailələr respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış vətəndaşlardır.
Bu mərhələdə Laçın şəhərinə 17 ailə (69 nəfər), Xocavənd rayonunun Hadrut qəsəbəsinə 6 ailə (26 nəfər), Qırmızı Bazar qəsəbəsinə 18 ailə (91 nəfər), Ağdam rayonunun Xıdırlı kəndinə isə 16 ailə (45 nəfər) köçürülüb.
Doğma yurda qayıdan sakinlər göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkürlərini bildirib, bu yolda canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət diləyiblər.
