Azərbaycan.media xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb.
Dəyişiklik layihəsinə əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə onun dövlət qulluğuna xitam verilə bilər. Bu əsaslarla dövlət qulluğuna xitam verildiyi hallarda dövlət qulluqçusunun vərəsələrinə orta aylıq dövlət məvacibinin dörd misli həcmində müavinət ödənilməsi nəzərdə tutulur.
Qeyd edək ki, qanun layihəsi səsverməyə çıxarılaraq Milli Məclisdə birinci oxunuşda qəbul edilib.
Oxundu: 7
