🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Aqil Abbas: Amnistiya aktı Yeni il ərəfəsində insanların sevincinə səbəb olur

Azərbaycan.media xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aqil Abbas amnistiya aktının əhəmiyyətindən danışıb.

Deputat bildirib ki, bu addım xüsusilə Yeni il ərəfəsində cəmiyyət üçün mühüm və sevindirici bir hadisədir. O, amnistiya aktının jurnalistlərə də şamil olunmasını arzuladığını qeyd edib.

Aqil Abbas vurğulayıb ki, amnistiyaya düşən şəxslərin müəyyən günah və cinayətləri olsa da, bəzi hallarda bağışlamaq mümkündür. Deputat azadlığa çıxacaq məhkumları təbrik edərək, onların bir daha cinayət törətməməsini və həbsxanaya qayıtmamalarını arzulayıb.