🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Çin Britaniyanı Honkonqun məhkəmə işlərinə müdaxiləni dayandırmağa çağırdı

Azərbaycan.media xəbər verir ki, Böyük Britaniya hakimiyyətinin media maqnatı Cimmi Layanın azadlığa buraxılması ilə bağlı çağırışları Honkonqun məhkəmə sisteminin işinə müdaxilə kimi qiymətləndirilib.

Bu barədə Çinin Londondakı səfirliyinin yaydığı açıqlamada bildirilib. Bəyanatda qeyd olunub ki, London Honkonqun məhkəmə proseslərinə və Pekinin daxili işlərinə qarışmaqdan, eləcə də şəhərdə sabitliyi pozmağa çalışan Çin əleyhinə qüvvələri dəstəkləməkdən imtina etməlidir.

“Biz Britaniya tərəfini Honkonqun məhkəmə sisteminə və Çinin daxili işlərinə müdaxiləni dayandırmağa, yanlış mövqedən əl çəkməyə çağırırıq”, – deyə açıqlamada vurğulanıb.

Çinin diplomatik missiyası Böyük Britaniyaya imperialist yanaşmanı kənara qoymağı da tövsiyə edib. Bildirilib ki, Honkonq uzun müddətdir Çinin tərkib hissəsidir və Britaniyanın bu ərazidə müstəmləkə idarəçiliyi artıq tarixdə qalıb.

“Honkonq məsələləri yalnız Çinin daxili işidir. Böyük Britaniyanın Honkonqa barmaqla işarə etmək və ya onun daxili işlərinə qarışmaq hüququ yoxdur”, – deyə səfirliyin açıqlamasında qeyd edilib.