Azərbaycan.media xəbər verir ki, Cəbrayıl rayonunun Horovlu kəndinə köç edən keçmiş məcburi köçkün Teymur Allahverdiyev doğma el-obamıza qayıtmaqdan böyük sevinc duyduqlarını bildirib.
“Ən sevimli günümüzdür. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa, cansağlığı və uzun ömür arzulayırıq. Onların sayəsində bu günləri yaşayırıq və hər birinə dərin minnətdarlığımızı bildiririk”.
Allahverdiyev həmçinin gələcək planlarını da bölüşərək deyib: “Qarşıdakı dövrdə doğma torpağımızda əkinçilik, biçinçilik və heyvandarlıqla məşğul olmağı, öz zəhmətimizlə yaşamağı düşünürük. İnanırıq ki, hər şey çox gözəl olacaq, çünki bura bizim öz yurdumuz, doğma torpağımızdır. İnsan hər zaman öz yurdunda, doğma torpağında daha rahat dolanar, daha gözəl ömür sürər”.
