🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qusardakı ağır qəzanın təfərrüatı: həlak olan və yaralananlar Şair Ramaldanovun ailə üzvləridir

Azərbaycan.media xəbər verir ki, Qusarda baş verən ağır yol-nəqliyyat hadisəsində həyatını itirən və xəsarət alan şəxslər tanınmış hərbi ekspert Şair Ramaldanovun ailə üzvləridir.

Bu barədə hərbi ekspert Üzeyir Cəfərov sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, qəza nəticəsində həlak olan 36 yaşlı Tamilla Ramaldanova Şair Ramaldanovun qardaşı, polkovnik İlham Ramaldanovun qızıdır.

Məlumata görə, qəza zamanı xəsarət alan digər şəxslər də Ramaldanovun yaxın qohumlarıdır. Yaralılar Bakı şəhər sakinləri — sürücü, 1962-ci il təvəllüdlü Fariza Vladimirovna Ramaldanova, 2022-ci il təvəllüdlü əkizlər Arman və Adam Qoşqar oğlu Rəhimovlar, həmçinin 2017-ci il təvəllüdlü Rüstəm Qoşqar oğlu Rəhimovdur.

Faktla bağlı araşdırma aparılır.