🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Mərakeşdə güclü daşqın faciə yaratdı: 14 nəfər həlak olub, onlarla yaralı var

Azərbaycan.media xəbər verir ki, Mərakeşin qərbində yerləşən Safi əyalətində baş verən güclü daşqın nəticəsində 14 nəfər həyatını itirib.

Xarici mediaya istinadən verilən məlumata görə, təbii fəlakət zamanı daha 32 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Bildirilir ki, ötən gün Atlantik okeanı sahilində yerləşən Safi şəhərinə intensiv yağışlar yağıb və bu, daşqına səbəb olub.

Hazırda bölgədə xilasetmə əməliyyatları davam etdirilir, eyni zamanda itkin düşmüş şəxslərin axtarışı aparılır. Yerli qurumlar vəziyyətin nəzarət altında olduğunu bildirir.