🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Dmitri Peskov: “Uşaqlarıma daha çox vaxt ayırmalıyam”

Azərbaycan.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov uşaqları ilə daha çox vaxt keçirməli olduğunu bildirib.

“Uşaqlarıma daha çox vaxt ayırmalı, valideyn kimi daha fəal olmalıyam. Bunun məsuliyyətini anlayıram”, – deyə Peskov söyləyib.

Qeyd edək ki, Dmitri Peskovun beş övladı – üç oğlu və iki qızı var. O, 2012-ci ildən Rusiya Prezidentinin mətbuat katibi vəzifəsində çalışır.