🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda restoranların Yeni il gecəsi üçün qiymətləri açıqlandı

Azərbaycan.media xəbər verir ki, Yeni ili evdə deyil, restoran və əyləncə mərkəzlərində qarşılamaq istəyənlər üçün Bakıda 31 dekabr gecəsinə olan qiymətlər maraq doğurur.

Məlumata görə, paytaxtda bəzi əyləncə məkanlarında Yeni il proqramı üçün bir nəfərlik qiymət 400 manata qədər yüksəlir. Digər restoranlarda isə qiymətlər əsasən 150–200 manat aralığında dəyişir.

Bəzi obyektlərdə qiymət fərqi masaların səhnəyə yaxınlığına görə müəyyən olunur. Səhnəyə daha yaxın masalar daha baha təklif edilir.

Mövzu ilə bağlı daha ətraflı məlumat Azad Azərbaycan Televiziyasının (ATV) videomaterialında təqdim olunub.