🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ramil Səfərovun xanımı “Study in Azerbaijan” layihəsinin direktoru təyin edilib

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Ordusunun zabiti, polkovnik Ramil Səfərovun həyat yoldaşı Şəbnəm Səfərova “Study in Azerbaijan” layihəsinin direktoru vəzifəsinə gətirilib.

 Şəbnəm Səfərova bu təyinatı sosial şəbəkə hesabında paylaşaraq, yeni vəzifəsini karyerasında maraqlı və məsuliyyətli bir mərhələ adlandırıb.

“Study in Azerbaijan” layihəsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilir və ölkəmizin ali təhsil sisteminin beynəlxalq səviyyədə tanıdılması, xarici tələbələr üçün təhsil imkanlarının daha cəlbedici edilməsi, eləcə də beynəlxalq əməkdaşlıqların genişləndirilməsini hədəfləyir. Layihə dövlət–özəl tərəfdaşlığı modeli əsasında qurulub.

Şəbnəm Səfərova bildirib ki, layihənin əsas istiqamətləri arasında tanıtım və qəbul mərhələlərindən başlayaraq viza və yerləşmə dəstəyi, həmçinin inteqrasiya proseslərini əhatə edən vahid, rəqəmsal və institusional ekosistemin formalaşdırılması yer alır.

Qeyd edək ki, Ş. Səfərova 2023-cü ildən bu ilin avqustunadək Bakı Dövlət Universitetində rektorun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri vəzifəsində çalışıb.