🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sumqayıtda “Fin evləri” sökülür – yeni layihə şəhərin sosial infrastrukturunu yeniləyəcək

Azərbaycan.media xəbər verir ki, Sumqayıtda uzun müddətdir qəzalı vəziyyətdə olan “Fin evləri” kimi tanınan ikimərtəbəli yaşayış binalarının söküntü işlərinə Fövqəladə Hallar Nazirliyi (FHN) başlayıb.

Hazırda söküntü işləri xüsusi texnika və təhlükəsizlik tədbirləri çərçivəsində davam etdirilir. Briqadalar əvvəlcə kommunikasiya xətlərini təhlükəsiz şəkildə ayırır, daha sonra binaları mərhələli şəkildə sökürlər.

Sumqayıt şəhərinin ümumi inkişaf konsepsiyasına uyğun hazırlanacaq yeni layihə çərçivəsində yeni binaların inşası, abadlıq işləri, uşaq meydançaları, park zonaları, parkinq sahələri və ictimai istifadə üçün digər obyektlərin yaradılması planlaşdırılır. Bu layihə sakinlərin də razılığı ilə həyata keçirilir.

Sumqayıt şəhər İcra Hakimiyyətindən bildirilib ki, proses şəhərin bir neçə yaşayış massivində – 4-cü, 15-ci, 16-cı, 17-ci və 21-ci məhəllələrdə ardıcıl və planlı şəkildə davam etdirilir. Gələcəkdə digər ərazilərdə də işlərin aparılması nəzərdə tutulur.