Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Suriyada amerikalı iki əsgərin və bir mülki tərcüməçinin öldürülməsinə münasibət bildirib.
O, baş verənlərə görə dərin kədər hissi keçirdiyini vurğulayıb və hücum zamanı yaralanan üç amerikalı əsgər üçün dua etdiyini qeyd edib.
Donald Trampın sözlərinə görə, hücum Suriyanın olduqca təhlükəli bir bölgəsində, tam nəzarətin olmadığı ərazidə ABŞ və Suriya əleyhinə İŞİD tərəfindən həyata keçirilib. ABŞ Prezidenti əlavə edib ki, Suriya Prezidenti Əhməd əl-Şara hadisədən son dərəcə qəzəbli və narahatdır.
“Bu hücuma cavab olaraq çox ciddi tədbirlər görüləcək”, – deyə Donald Tramp bildirib.
Oxundu: 19
