Azərbaycan.media xəbər verir ki, Mədəniyyət Nazirliyi bir sıra yazıçılar və nəşriyyatlarla kitabların satın alınması məqsədilə yeni alqı-satqı müqavilələri imzalayıb.
Hurriyyet.az-ın İqtisadiyyat.az-a istinadən məlumatına görə, müqavilələrdə həmin yazıçılara və nəşriyyatlara məxsus müxtəlif nəşrlərin alınması nəzərdə tutulur. Bu təşəbbüs nazirliyin kitabxana fondunu oxucuların tələbatına uyğun yeni nəşrlərlə zənginləşdirmək və komplektləşdirmək məqsədi daşıyır.
Qələm adamları ilə bağlanmış müqavilələrdə tanınmış şəxslərin də adları yer alıb. Onlardan bəziləri belədir:
Elmira Axundova – 3 000 manat
Qəşəm Nəcəfzadə – 1 050 manat
Kəramət Böyükçöl – 4 500 manat
Kamal Abdulla – 2 500 manat
Bəhram Bağırzadə – 9 100 manat
Bundan əlavə, nazirlik aşağıdakı şəxslərlə də müqavilə bağlayıb: Seyfəddin Hüseynli (3 000 manat), Fərid Hüseyn (2 000 manat), İlham Qəhrəman (500 manat), Cavid Zeynalov (1 500 manat), Siyavuş Quliyev (2 300 manat), Etibar Yaqubov (1 599 manat), Nazilə Quliyeva (1 000 manat), Kəmalə Abıyeva (700 manat), İslam Sadıq (1 500 manat), İlqar Tağıyev (1 050 manat) və Azad Yaşar (2 200 manat).
