Dünya bazarlarında neft qiymətləri eniş trendini davam etdirir

Azərbaycan.media xəbər verir ki, dünya bazarlarında neftin qiymətində ucuzlaşma prosesi davam edir.

Hazırda “Brent” markalı neftin bir bareli 61,12 dollara, yüngül neft (WTI) isə 57,44 dollara təklif olunur.

Qiymətlərdəki azalma qlobal enerji bazarlarında müşahidə olunan mövcud tendensiyaların təsiri ilə əlaqələndirilir.