Azərbaycan.media xəbər verir ki, 2025-ci ilin yanvar-noyabr aylarında metro nəqliyyatından istifadə edən sərnişinlərin sayı 205 015,5 min nəfər təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz azdır. Məlumat Dövlət Statistika Komitəsinə istinadən 525.az tərəfindən yayımlanıb.
Qeyd olunur ki, 2024-cü ilin yanvar-noyabr aylarında Bakı metropolitenindən 208 762,8 min sərnişin istifadə edib.
Xatırladaq ki, Bakı metropoliteninin xətt uzunluğu 40,7 kilometr, xətt sayı 3, stansiyaların ümumi sayı isə 27-dir. Hazırda metropolitenin konseptual inkişaf planına uyğun olaraq tikinti işləri davam etdirilir.
