Azərbaycan.media xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 80 802 körpə dünyaya gəlib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən doğum göstəricisi 10,1-dən 9,5-ə qədər azalıb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının isə 46,9 faiz təşkil edib.
Cari ilin 10 ayında 2 714 əkiz və 81 üçəm uşağın dünyaya gəldiyi bildirilib.
