Azərbaycan.media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana yüklərin Azərbaycan ərazisindən tranzitinə icazə verilməsi qərarını alqışlayıb.
Paşinyan bu barədə Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının Moskvada keçirilən iclasında çıxışı zamanı danışıb. O, regionda müşahidə olunan müsbət dinamikanın iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar açdığını qeyd edib.
“Regional kommunikasiyaların açılması bütün region ölkələri üçün iqtisadi dayanıqlığın gücləndirilməsinə və əlaqələrin genişlənməsinə mühüm töhfə verə bilər”, – deyə Baş nazir vurğulayıb.
Paşinyan Azərbaycanın bu qərarını regionda sülh və sabitliyin təmin olunması istiqamətində mühüm addımlardan biri kimi qiymətləndirib.
