Azərbaycan.media xəbər verir ki, Meksika hökuməti Azərbaycana yeni hərbi attaşe göndərib. Meksikanın Bakıdakı səfirliyindən verilən məlumata görə, bu vəzifəyə Marko Covanni Leyva Kontreras təyin olunub.
Diplomatik nümayəndəlik bildirib ki, Hərbi Hava Qüvvələrinin polkovniki, Baş Qərargahın pilotu olan Kontrerasın iqamətgahı Ankarada yerləşəcək və o, buradan Azərbaycanın hərbi attaşesi kimi fəaliyyət göstərəcək.
Qeyd olunub ki, yeni təyinat Azərbaycan–Meksika əlaqələrinin möhkəmlənməsinə əlavə töhfə verəcək.
Oxundu: 5
