Azərbaycan.media xəbər verir ki, İsveçrə parlamenti ölkənin iqtisadiyyat naziri Qi Parmeleni 2026-cı il üzrə prezident seçib. O, bu postda maliyyə naziri Karin Keller-Satteri əvəz edəcək.
Federal Şuranın ən uzunmüddətli üzvlərindən olan Parmelen 2021-ci ildə də İsveçrə prezidentinin səlahiyyətlərini yerinə yetirib. Sağçı İsveçrə Xalq Partiyasının üzvü olan yeni prezident ixtisasca üzümçüdür.
Qeyd edək ki, İsveçrədə prezidentlik institutu ildə bir dəfə Federal Şuranın yeddi üzvü arasında növbəlilik əsasında həyata keçirilir və vəzifə əsasən simvolik səlahiyyətlərlə məhdudlaşır.
Oxundu: 2
