Azərbaycan.media xəbər verir ki, xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyaların tanınması Elektron Müraciət Sistemi (EMS) vasitəsilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir.
Agentlikdən bildirilib ki, EMS-in daha səmərəli işləməsi və vətəndaş məmnuniyyətinin artırılması məqsədilə sistemdə mütəmadi texniki işlər aparılır. Bu səbəbdən EMS vasitəsilə ərizələrin qəbulu 16 dekabr 2025-ci ildən 2 yanvar 2026-cı ilədək müvəqqəti olaraq dayandırılacaq.
Məlumatda qeyd olunub ki, vətəndaşlar müraciətlərini ən geci 16 dekabr 2025-ci il tarixinə qədər təqdim etməlidirlər.
Oxundu: 7
