Qusarda ağır yol qəzası: 4 nəfər xəsarət aldı

Azərbaycan.media xəbər verir ki, Qusar rayonu ərazisində ciddi yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkənlər Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə çatdırılaraq tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.