Putin: “Xüsusi hərbi əməliyyat məqsədlərinə çatana qədər davam edəcək”

Azərbaycan.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin xüsusi hərbi əməliyyatın dayandırılmayacağını və prosesin “məntiqi sonluğa” qədər aparılacağını bəyan edib. Dövlət başçısı bu fikirləri İnsan Hüquqları Şurasının iclasında səsləndirib.

“Biz, şübhəsiz ki, bu işi məntiqi sonluğuna — xüsusi hərbi əməliyyatın məqsədlərinə nail olunmasına qədər çatdıracağıq”, — Putin bildirib.

Rusiya Prezidenti həmçinin Ukraynadan geri alınan ərazilərin Moskva üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “Bu torpaqlar həmişə Rusiyanın bir hissəsi olub, bizim tarixi ərazimizdir”.

Putinin açıqlamaları bölgədə vəziyyətin yaxın zamanda dəyişməsinin gözlənilmədiyini göstərir.