Azərbaycan.media xəbər verir ki, Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Zəngəzur dəhlizinin gələcək roluna diqqət çəkib.
Baş nazir bildirib ki, Azərbaycan hazırda Avrasiyanın əsas nəqliyyat-logistika mərkəzlərindən biri kimi çıxış edir, ölkəmiz beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına xüsusi önəm verir və bu istiqamətdə müasir infrastruktur formalaşdırır.
Onun sözlərinə görə, ən yaxın perspektivdə Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni və strateji əhəmiyyətli nəqliyyat marşrutu olacaq.
Oxundu: 7
