Azərbaycan.media xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Departamentinin Sakit okeanda fəaliyyət göstərən Sahil Mühafizəsi qrupları 9 tondan artıq kokain müsadirə edib.
KİV-ə istinadən verdiyi məlumata görə, “X” sosial şəbəkəsində yayılan açıqlamada sahil mühafizə gəmisi “Munro”nun Sakit okeanın şərqində əməliyyat həyata keçirdiyi bildirilib.
Əməliyyat zamanı müsadirə edilən kokain miqdarının son 18 ilin ən böyük müsadirələrindən biri olduğu qeyd olunub.
