Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp silahlı qüvvələrin Latın Amerikasındakı narkotik kartellərinə qarşı mübarizə çərçivəsində yaxın zamanda yerüstü hədəflərə zərbələr endirməyə başlayacağını açıqlayıb.
Tramp bu fikirləri dekabrın 6-da Dövlət Departamentində keçirilən təntənəli qəbulda çıxışı zamanı səsləndirib.
“Biz çox sərt mövqe tutmuşuq və insanlar bunu dəstəkləyir. Dəniz yolu ilə ölkəmizə daxil olan narkotiklərin həcmi 94 faiz azalıb. İndi eyni prosesi quruda da başlayacağıq. Çünki onların hər marşrutunu, hər binasını, harada yaşadıqlarını bilirik. Biz onlar haqqında hər şeyi bilirik”, – Tramp bildirib.
O, son bir ildə ABŞ-da narkotik istifadəsi nəticəsində təxminən 300 min nəfərin həyatını itirdiyini də vurğulayıb.
