Azərbaycan.media xəbər verir ki, Kanadanın şimal-qərbində güclü zəlzələ baş verib. Publika.az-ın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən məlumatına görə, yeraltı təkanlar şənbə günü yerli vaxtla saat 13:41-də (Bakı vaxtı ilə bazar günü 00:41-də) Yukonda, Uaythors şəhərindən təxminən 243 kilometr cənub-qərbdə qeydə alınıb.
Mərkəz zəlzələnin maqnitudasını 6,8 olaraq açıqlayıb. ABŞ Geoloji Xidməti isə yeraltı təkanların gücünü 7 bal kimi qiymətləndirib.
Hadisə ilə bağlı hər hansı dağıntı və ya xəsarət alanın olmadığı, həmçinin sunami təhlükəsinin elan edilmədiyi bildirilib.
