Yevlaxdakı yanğında xəsarət alan kişi də öldü – Ölənlərin sayı iki nəfərə çatdı

Azərbaycan.media xəbər verir ki, Yevlaxda baş verən yanğın zamanı ağır xəsarət alan 58 yaşlı Mehdiyev Kamran Mayıl oğlu xəstəxanada həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.

Bununla hadisə nəticəsində ölənlərin sayı iki nəfərə yüksəlib.

Xatırladaq ki, yanğın zamanı həyatını itirən digər şəxs – Nərgiz Savalan qızı Mikayılova Birinci Qarabağ müharibəsi şəhidi Məhəmmədəli Mayıl oğlu Mehdiyevin anası olub.