Azərbaycan.media xəbər verir ki, dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiymətində artım qeydə alınıb. Belə ki, 1 barelin qiyməti 0,41 ABŞ dolları və ya 0,62% yüksələrək 66,95 ABŞ dollarına çatıb.
Məlumat üçün bildirək ki, ötən sessiyada Azərbaycan neftinin qiyməti 66,54 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində “Azeri Light” markalı neftin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.
