Azərbaycan.media xəbər verir ki, Rusiyanın Kamçatka diyarında 5 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə məlumat Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının telegram kanalında yayımlanıb.
Bildirilib ki, yeraltı təkanlar Petropavlovsk-Kamçatskidən təxminən 179 kilometr aralıda baş verib və zəlzələnin ocağı 18,2 kilometr dərinlikdə yerləşib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə Baş İdarəsinin məlumatına görə, son 24 saat ərzində bölgədə maqnitudası 3,7–4,8 arasında dəyişən altı yeraltı təkan da qeydə alınıb. Qeyd edilir ki, həmin təkanların heç biri insanların məskunlaşdığı ərazilərdə hiss olunmayıb.
