Birinci Qarabağ qazisi Nemət Heydərov vəfat edib

Azərbaycan.media xəbər verir ki, Birinci Qarabağ münaqişəsində döyüşərək yaralanan qazimiz Nemət Heydərov dünyasını dəyişib.

 Mingəçevir şəhər sakini olan Nemət Heydərov uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi.

O, müharibə zamanı komandir vəzifəsində çalışıb və Füzuli, Ağdərə, Xocalı və Ağdam uğrunda gedən döyüşlərdə iştirak edib.