Azərbaycan.media xəbər verir ki, Belarus Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) ölkədə nüvə istehsalının genişləndirilməsi planları barədə məlumat verib.
Belarus Xarici İşlər Nazirliyinin açıqlamasına görə, xarici işlər nazirinin müavini İqor Sekret dekabrın 5-də BAEA-nın direktoru Rafael Qrossi ilə görüşüb.
Görüşdə İ. Sekret ölkədə enerji istehlakının proqnozlaşdırılan artımına uyğun olaraq nüvə istehsalının genişləndirilməsi planları barədə məlumat verib və Belarusun nüvə enerjisi proqramının bütün mərhələlərində BAEA ilə əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduğunu bildirib.
Oxundu: 17
